AZ

Dövlət Su Ehtiyatları Agentliyinin bu idarəsi 25 min manatlıq guşələr yaradır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti yeni satınalma ilə gündəmə gəlib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qurum guşələrin yaradılması və bədii tərtibat mallarının satın alınması məqsədilə 25.920,67 manat məbləğində vəsait ayırıb.

Layihə çərçivəsində iki ayrı guşənin – Qarabağ regional bölməsi və Lənkəran-Astara regional bölməsi üzrə qurulması nəzərdə tutulur.

Qeyd edək ki, Agentliyə hazırda Zaur Mikayılov rəhbərlik edir. Bu qurum son dövrlər müxtəlif bölgələrdə həyata keçirdiyi layihələrlə diqqət mərkəzinə düşür.

Seçilən
116
5
nocomment.az

9Mənbələr