AZ

Türkiyədən yeni PKK açıqlaması: Buna imkan verməyəcəyik

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

PKK bütün qolları və uzantıları ilə silahı yerə qoymalıdır.

Teleqraf xəbər verir ki, bu sözləri AKP-nin sözçüsü Ömər Çelik partiyanın Mərkəzi Qərar və İdarə Heyətinin toplantısında bəyan edib.

O, qanunsuz təşkilatların ləğv edilməli olduğunu vurğulayıb: "PKK-nın bütün uzantıları ilə silahı yerə qoymağa çağıran bu yanaşma ilə bağlı bəzi qeyd-şərtlər və etirazların olduğunu görürük. Bizim prinsipimiz, mövqeyimiz bəllidir. SDQ (PKK-nın Suriyadakı qolu-red.) adlı təşkilatla Suriya hökumətinin bir fəaliyyət planı var idi: silahı yerə qoyub təslim olmalıydılar".

Ömər Çəlik Suriyanın milli suverenliyini pozan yanaşmaların müşahidə olunduğunu qeyd edib: "Bu, qəbul etməyəcəyimiz bir şeydir".

AKP sözçüsü bildirib ki, Suriya hökuməti ilə SDQ arasında əldə olunan razılaşma həyata keçirilməsi mühüm məsələdir:

"Biz Terrorsuz Türkiyə prosesinin sabotaj edilməsinə icazə verməyəcəyik və lazım olanı edəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
sherg.az

4Mənbələr