AZ

"Kimin favorit olması haqda danışmağın mənası yoxdur" - "Omoniya"nın baş məşqçisi

style='margin-bottom:10px;'>

"Omoniya"nın (Kipr) baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunlarında keçiriləcək "Araz-Naxçıvan"la oyun haqda danışıb.

QOL.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib: "Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Torpedo"ya qarşı yaxşı oynadıq, yaxşı nəticə göstərdik. Eyni sözləri "Araz-Naxçıvan" haqda da deyə bilərəm. Evdə və səfərdə "Aris"ə qarşı yaxşı oynadılar. Sabahkı matçda yaxşı oynamalıyıq".

Mütəxəssis "Araz-Naxçıvan" "Aris"i necə keçdiyindən söz açıb: "Məncə, "Araz-Naxçıvan"ın keyfiyyətli, yaxşı futbolçuları var. Yaxşı komanda oyunu oynadılar. Həm də çox yaxşı mübarizə apardılar. Komandanın enerjisi çox yüksəkdir. Deyərdim ki, əsas faktorlar bunlar idi".

H.Berq "Omoniya"nın bu mərhələdə favorit olmasından danışıb: "Hər zaman oyunlarda komandalardan biri favorit olur. Amma məşqçilər və oyunçular üçün bu, bir az fərqlidir. Önəmli olan odur ki, komanda ən yaxşı formada olsun və ən yaxşı oyununu göstərsin. "Araz-Naxçıvan" yaxşı komandadır. Təsadüf deyil ki, 2 gözəl oyun oynadılar. Onlar "Aris"dən üstün idilər. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Kimin favorit olması haqda danışmağın mənası yoxdur".

O, "Zirə" ilə qarşılaşan "Omoniya"nın indiki komandası ilə müqayisə edib: "İki fərqli mövsümün komandasını dəyərləndirmək çətindir. Bu komanda ötən mövsüm təsnifat mərhələlərində uğurlu çıxış etdi.

Mütəxəssis sabahkı matçın gözləntilərindən danışıb: "Riyaziyyatçı deyiləm. Nəsə demək çətindir. İki çətin oyun bizi gözləyir. "Aris" "Araz-Naxçıvan"ı keçsəydi, əminəm ki, onlar favorit idilər. İndi onlar "Aris"i üstələyibsə, favorit kimdir? Bu məqamlar haqda düşünmək istəmirik. Sabahkı oyuna hazırlaşmaq istəyirik".

H.Berq komandada itkilərin olduğunu bildirib: "Tasos zədələdir. Fransis Uzqoho viza ala bilməyib. Bu gün gecə gələcək".

O, ötən mövsümün əvvəlində "Neftçi"nin baş məşqçi postuna gələ biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Bəzən şayiələrdir, bəzən maraqlananlar olub, bəzən maraqlanmayanlar".

Mütəxəssis sonda meydançanın ot örtüyünü hələ görmədiyini qeyd edib. 

Seçilən
24
4
teleqraf.com

8Mənbələr