Bakı.Trend:
Azərbaycanda çimərlik turizmi üzrə böyük potensial var. Bupotensial yalnız Bakı və Abşeron yarımadasını əhatə etmir.
Bunu Trend-əAzərbaycanın çimərlik turizmi sahəsindəki fəaliyyətini şərh edərkənturizm eksperti Cəfər Qarayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizi sahilləriturizmin bu sahəsində xüsusi rol oynayır:
“Həmçinin Mingəçevir Su Anbarını, digər çaylar və göllərətrafında da müəyyən infrastruktur quraraq onlardan da çimərlikkimi istifadə etmək mümkündür. Hazırda Mingəçevir Su Anbarındabundan istifadə olunur. Bununla yanaşı, azad olunmuşərazilərimizdəki Sərsəng, Suqovuşan su anbarlarında və çaylarındada təmizləmə ilə çimərlik potensialı kimi istifadə ediləbilər”.
C.Qarayev bildirib ki, Xəzər dənizinin Azərbaycan hissəsiAstaradan Xaçmaz rayonuna qədər tam potensiala malikdir:
“Bu potensialdan sonuna qədər istifadə etmək imkanımız var. Sonzamanlarda xüsusilə cənub zonasında yeni çimərliklər və istirahətmərkəzləri qurulur. İnsanlar artıq o zonaya da üz tuturlar. TəkBakı və Abşeron yarımadasında deyil, Xəzərin Azərbaycansahillərindəki digər ərazilərdə də çimərlik turizmi üçün potensialvar. Bakı və Abşeron yarımadasındakı çimərliklərdən hazırda yerlivə xarici turistlər istifadə edir. Bu ərazidə hər büdcəyə uyğunolaraq yerli və xarici turistlər çimərliklərdən istifadə edirlər.Amma bu mövzu ən vacib məsələlərdən biri turizm və rekreasiyazonaları ilə bağlıdır. Məsələn, Yaşma deyilən bölgədən Nabranaqədər olan zonada çimərlik turizminin potensialı böyükdür, suyutəmizdir. Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsindəqeyd olunduğu kimi, yerli və xarici investorlar cəlb olunmaqla yenihotel, komplekslər qurmaq olar. Bu yolla kifayət qədər yerli vəxarici turistlər cəlb edə bilərik ki, Xəzər sahillərindədincəlsinlər, həm də asudə vaxtlarını səmərəli keçirsinlər”.
Turizm eksperti Ceyhun Aşurov isə Trend-ə bildirib ki, çimərlik turizmi yaymövsümünün ən əsas, populyar istirahət növüdür:
“Dənizkənarı ərazilər, su hövzələri çimərlik mövsümü dövründəinsanların daha çox axışdığı yerlərdir. Biz Xəzər dənizininsahilində yerləşdiyimiz üçün əlbəttə ki, bu turizm növləriAzərbaycanda var. Biz bunu daha doğru şəkildə turistlərə təqdimetməyi bacarmalıyıq. Hazırda çimərlik ərazilərdə kifayət qədər çoxinsan var. İnsanların istirahət etməsi üçün ödənişli və ödənişsizyerlər də var. Amma biz müşahidə edirik ki, isti günlərdə ödənişliyerlərdə giriş qiyməti 30, 40, 50 manat olsa da, xidmətdən istifadəedən insanlar az deyil. Dəniz kənarı plyajlar dövlət-özələməkdaşlığı çərçivəsində müəyyən şirkətlərə verilə bilər. Oradadaha keyfiyyətli xidmətin təşkili yaradıla bilər”.
Ekspert qeyd edib ki, bu sahədə xidmətlərin ödənişli olmasınınəleyhinə deyil:
“Tutaq ki, dövlət hansısa şirkətə ərazini icarəyə verir. Şirkətdə bunun qarşılığında təmizliyə riayət edir, insanların əyləncəsiüçün fəaliyyət göstərir, insanların təhlükəsizliyinin qorunmasıistiqamətində addımlar atılır. Özəl şirkətlər bu şəraiti yaradaraqözləri də qazanc əldə edə bilərlər. Həm də insanlarımıza dahakeyfiyyətli xidmət göstərə bilərlər. Bu alternativlər olmalıdır,hətta çimərliyin yanında müəyyən su hövzələri yaradıla və qurulabilər. Belə şəraitin yaradılması insanların keyfiyyətli xidmətalmasına gətirib çıxaracaq və məmnuniyyəti artıracaqdır. İstərxarici turistlər, istərsə də vətəndaşlar bu xidmətlərdən yararlanabilər. Ona görə də hansısa yerin pulsuz yaxud ödənişli olması yox,verilən xidmətin keyfiyyəti önəmlidir. Mütləq ödənişsiz çimərliklərolmalıdır, amma ödənişli sahələrin də istifadəyə verilməsi busahədə rəqabət mühiti yaradacaq”.