AZ

Pezeşkian “Bakı ilə barışaq” dedi, Tehran qarışdı – Xamenei “nəzarətçi” göndərir

  İran Prezidenti Məsud Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi vəzifəsinə təyin edib. Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenenin müşaviri olub.

Son zamanlarda Pezeşkinin Azərbaycan və Zəngəzur dəhlizi ilə bağlı müsbət, dəstəkləyici çağırışları fonunda belə bir təyinat diqqət çəkir. Bir tərəfdən prezident Bakı ilə münasibətlərin yoluna salınmasının tərəfdarı olsa da, digər tərəfdən ali rəhbərə yaxın olan şəxslər ölkəmizə qarşı sərt bəyanatlar səsləndirməyə davam edirlər.

Laricanini bu vəzifəyə təyin etməsi üçün Pezeşkianı Xamenei razı salıb? İran rəhbərliyinin bu addımının məqsədi nədir?

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Globalinfo.az-a açıqlamasında bildirib ki, Əli Laricani hakimiyyət daxilindəki mühafizəkar qüvvələrin nümayəndəsidir:

“Bu baxımdan, onun Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi, şurada fəaliyyət və nəzarətin tam şəkildə mühafizəkarların əlinə keçməsinə xidmət edəcək. Qurumun tərkibində Müdafiə Şurasının yaradılması da nəzərdə tutulur. Yeni şuraya prezidentin sədrlik edəcəyi gözlənilir.


Məsud Pezeşkianın hakimiyyət daxilində islahatçı xətti təmsil etdiyini nəzərə alsaq, görünür, Ali Rəhbər Xamenei onun fəaliyyətinə nəzarət etmək məqsədilə güvəndiyi şəxsləri müavin, müşavir və digər vəzifələrə təyin edir.

Pezeşkian heç vaxt Xameneinin göstərişlərinə zidd hərəkət edə bilməz. Parlamentin keçmiş sədri, ali rəhbərin müşaviri, paniranizm cərəyanının ideoloqlarından biri və İranda “Liberal İslam” cərəyanının təmsilçisi olan Əli Laricaninin də bu vəzifəyə gətirilməsi, məhz İran prezidentinə nəzarətin gücləndirilməsi, onun mühasirəyə alınması məqsədi daşıyır”.  

Seçilən
41
1
referans.az

2Mənbələr