AZ

Hindistan ABŞ-ın artan rüsumlarına reaksiya verib

Hindistan

Hindistan Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyadan neft alışına tətbiq etdiyi 25 faizlik rüsumları əsassız hesab edir

Hindistan məhsullarına ABŞ-ın əlavə 25 faiz rüsumunun tətbiqi ədalətsiz və əsassız qoruyucu tədbirdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Asiya ölkəsinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Randhir Caisval bildirib.

Caisval qeyd edib ki, bu cür maneələr əsassızdır. Xüsusilə, o, ABŞ hakimiyyətinin niyə Qərb ölkələrinə, məsələn, Hindistan kimi Rusiya xammalını idxal etməyə davam edən Aİ ölkələrinə qarşı oxşar tədbirlər tətbiq etməməsi ilə bağlı ritorik sual verib.

Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi seçmə sanksiyalar siyasətini “təəssüf doğuran” hesab edib. "Bu hərəkətlər ədalətsiz, əsassız və ağlabatan deyil" deyib və əlavə edib ki, Hindistan hakimiyyəti Asiya ölkəsinin bazarına daxil olan Amerika məhsullarına qarşı cavab gömrük tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır. “Hindistan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, - deyə Caisval yekunlaşdırıb.

Məryəm Quliyeva

Seçilən
10
xalqcebhesi.az

1Mənbələr