AZ

Türkiyədən yeni PKK açıqlaması: Buna imkan verməyəcəyik

BAKI, 6 avqust. TELEQRAF

PKK bütün qolları və uzantıları ilə silahı yerə qoymalıdır.

Teleqraf xəbər verir ki, bu sözləri AKP-nin sözçüsü Ömər Çelik partiyanın Mərkəzi Qərar və İdarə Heyətinin toplantısında bəyan edib.

O, qanunsuz təşkilatların ləğv edilməli olduğunu vurğulayıb: "PKK-nın bütün uzantıları ilə silahı yerə qoymağa çağıran bu yanaşma ilə bağlı bəzi qeyd-şərtlər və etirazların olduğunu görürük. Bizim prinsipimiz, mövqeyimiz bəllidir. SDQ adlı PKK təşkilatının və Suriya hökumətinin bir fəaliyyət planı var idi: silahı yerə qoyub təslim olacaqlar".

Ömər Çəlik Suriyanın milli suverenliyini pozan yanaşmaların müşahidə olunduğunu qeyd edib: "Bu, qəbul etməyəcəyimiz bir şeydir".

AKP sözçüsü bildirib ki, Suriya hökuməti ilə SDQ arasında əldə olunan razılaşma həyata keçirilməsi mühüm məsələdir:

"Biz Terrorsuz Türkiyə prosesinin sabotaj edilməsinə icazə verməyəcəyik və lazım olanı edəcəyik".

Seçilən
10
3
teleqraf.com

4Mənbələr