Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfərə gedəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, Mirzoyan avqustun 7-8-də ABŞ-a səfər edəcək baş nazir Nikol Paşinyanın rəsmi nümayəndə heyətinin tərkibində olacaq.
Nikol Paşinyan Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.
Gündəliyə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi daxildir. Əliyev, Paşinyan və Trampın iştirakı ilə üçtərəfli görüş də gözlənilir.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta