Alimlər xəbərdarlıq edir ki, isti havada plastik şüşədən su içmək sağlamlıq üçün təhlükəlidir.
News24.az-ın məlumatına görə, 30 dərəcəni keçən havalarda günəş altında qalan plastik şüşələr suya zərərli kimyəvi maddələr buraxır. Bunların arasında hormon pozucu maddələr və xərçəng riski yaradan birləşmələr də var.
Suda dad dəyişmədiyi üçün təhlükə hiss olunmur, amma bu maddələr bədəndə yığılıb ciddi xəstəliklərə səbəb ola bilər.
Mütəxəssislər isti havalarda şüşə qabdan və ya termosdan istifadə etməyi tövsiyə edir.
Xeyrənsə Piriyeva