ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı 25%-lik tarifin tətbiq edilməsi barədə qanunu imzalayıb.Bu barədə Ağ Ev məlumat yayıb.
Buna səbəb Hindistanın Rusiyadan neft almağa davam etməsidir.
Bundan başqa Ağ Ev ABŞ-ın Rusiya neftini alan digər ölkələrə də tarif tətbiq etməyə hazır olduğunu bilidirib. Hətta Rusiya neftinin vasitəçilər və ya üçüncü ölkə yolu ilə dolayı yolla alınması da tarif vergilərinin alıcı ölkələrə tətbiq olunmasına səbəb ola bilər.