Telman Kərimlinin sözlərinə görə, Xankəndidə 60 yaşayış və 20 qeyri-yaşayış binasında təmir və yenidənqurma işləri də aparılıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən məlumat verilib. Məlumata görə, bu fikirləri VI Yay Düşərgəsində paneldə çıxış edən Xidmətin icraçı direktoru Telman Kərimli deyib.