AZ

Rektor Şahin Bayramov narsizim xəstəliyinə düçar olub – Keçmiş deputatdan sərt ittiham

Qarabağ Universitetində rəhbərlikdə təmsil olunan şəxslərin ard-arda işdən çıxması cəmiyyətdə ciddi suallar doğurub. Son günlərdə iki yüksək vəzifəli qadın əməkdaşın öz ərizəsi ilə universitetdən ayrılması bu təhsil müəssisəsinə ictimai diqqəti artırıb.

Milli Məclisin sabiq deputatı Etibar Əliyev də məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək rektor Şahin Bayramovu sərt şəkildə tənqid edib. O bildirib ki, daha əvvəl Qarabağ Universitetinə 500-dən çox kitab hədiyyə edib və kitabxananın müasir tələblərə uyğun şəkildə qurulması təşəbbüsünü irəli sürüb. Lakin universitet rəhbərliyindən heç bir cavab almayıb.

“Şəmsəddin Hacıyevin keçmiş köməkçisi olan (və bunu bioqrafiyasında gizlədən) Şahin Bayramovdan mənim çağırışıma cavab gəlmədi. Çünki o, kitaba bağlı adam deyil”, – deyə Etibar Əliyev qeyd edib.

Sabiq deputat vurğulayıb ki, rektor şəxsi təbliğata daha çox zaman ayırır, lakin universitetin inkişafı və elmi-mədəni mühitin formalaşmasına yetərincə diqqət göstərmir.

“Şahin də narsizim xəstəliyinə düçar olub. Mən əminəm ki, bu təklifimə də cavab verməyəcək”, – deyə o əlavə edib.

Etibar Əliyev bildirib ki, Qarabağ Universitetində tələbələr üçün “Fəlsəfə tarixi” və “Elmin fəlsəfəsi” fənlərini təmənnasız şəkildə tədris etməyə və “Mütaliə klubu” yaratmağa tam hazırdır.

Seçilən
39
1
editor.az

2Mənbələr