AZ

Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub (FOTO)

Bakı. Trend:

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsininnövbəti paneli “Azərbaycanın xarici siyasəti və ictimaidiplomatiya” mövzusuna həsr olunub.

Trend xəbər verir ki, AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müaviniVaqif Seyidbəyovun moderatorluğu ilə keçirilən paneldə AzərbaycanRespublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətlisəfiri Nərgiz Qurbanova, Azərbaycan Respublikasının Avstriya vəSloveniya Respublikalarında fövqəladə və səlahiyyətli səfiri,Azərbaycan Respublikasının ATƏT və BMT-nin Vyana şəhərindəkibölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsiRövşən Sadıqbəyli və Azərbaycan Respublikasının Avropa Şurasıyanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.

Paneldə diaspor gənclərinə müasir Azərbaycanın xarici siyasətstrategiyası, balanslaşdırılmış yanaşma, beynəlxalq hüquqa sadiqlikvə ictimai diplomatiyanın artan rolu barədə müfəssəl məlumatverilib. Bildirilib ki, beynəlxalq münasibətlər sistemində,diplomatik müstəvilərdə uğur qazanan ölkəmizin yeni nəsil diasporumüasir səriştələrə yiyələnməli və Azərbaycan həqiqətlərinin dünyaictimaiyyətinə çatdırılmasında daha fəal iştirak etməlidir.Diplomatlar yeni dünya düzənində ictimai diplomatiyanın xüsusirolunu vurğulayıb və gənclərə bu sahədə peşəkar biliklərə sahibolmanın mexanizmləri barədə tövsiyələrini çatdırıblar. Panelqarşılıqlı fikir mübadiləsi aparılması və soydaşlarımızınsuallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək DiasporGənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgətəşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI YayDüşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundanəvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçınşəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədənümumilikdə 700-dən çox gənc qatılıb.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Seçilən
26
2
az.trend.az

3Mənbələr