Həbsxanada futbol oyunu keçirildi, 16 nəfər öldü
Meksikanın Sakatekas şəhərinin həbsxanasında futbol oyunu keçirmək ideyası faciə ilə nəticələnib.
Matçın gedişində Qolfo və Los-Setas kartelləri arasında qarşıdurma yaranıb.
Bizimyol.info xəbər verir ki, silahlanmış dəstələr bir-birinə atəş açmağa başlayıb. Onları saatlarla sakitləşdirmək mümkün olmayıb. 15 nəfər meydandaca canını tapşırıb. Daha 1 nəfər isə xəstəxanada keçinib.
Oyundan sonra meydançada təkcə odlu silahlar yox, bıçaq, dəmir parçaları da tapıblar. Yaralılar və ölülər üçün həbsxanaya 20 təcili tibbi yardım maşını gəlib.
Həbsxana əməkdaşları hələ bir gün əvvəl dustaqlardan xeyli silah, narkotik maddə, telefon və spirtli içki toplayıbmış.
www.anews.az