AZ

Mirzoyan da ABŞ-yə səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-yə səfər edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlama yayıb.

 

O bildirib ki, Mirzoyan Baş nazir Nikol Paşinyanın rəhbərlik nümayəndə heyətinin tərkibində Vaşinqtonda səfərdə olacaq.

 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ABŞ-yə işgüzar səfərə yollanıb.

 

“The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.

 

 

Seçilən
42
5
sfera.az

6Mənbələr