AZ

Yəmən sahillərində miqrant qayığının batması nəticəsində ölənlərin sayı 92-yə çatıb

Yəmən

Yəmənin Ebyen sahillərində qayığın batması nəticəsində ölənlərin sayı 92-yə çatıb.İtkin düşənlərin axtarışı davam edir. Avqustun 3-də Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 92-yə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, qayıq faciəsi ilə bağlı Anadolu Agentliyinin (AA) müxbirinə danışan Ebyen Xalq Sağlamlığı baş direktoru Abdulkadir Bacemil, qəzada ölənlərin sayının 92-yə yüksəldiyini bildirib.

Bacemil cəsədlərin çoxunun Zincibar şəhərindən təxminən 120 kilometr şərqdə Ahver rayonuna qədər uzanan sahil zolağında tapıldığını və itkin düşmüş axtarışların davam etdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bu səhər verdiyi açıqlamada avqustun 3-də Yəmənin Ebyen əyalətinin Şukra sahillərində 200 miqrantı daşıyan gəminin çevrilməsi nəticəsində ölənlərin sayının 56-ya yüksəldiyini açıqlayıb.

Açıqlamada, "Faciəli həyat itkisindən dərin kədər hissi keçiririk. 14-ü qadın olmaqla, ən azı 56 nəfərin öldüyü, ölənlərin əksəriyyətinin Efiopiya vətəndaşı olduğu bildirilir. İtkin düşənlərin ümumi sayı 132-yə çatıb, indiyə qədər hamısı kişi olmaqla 12 nəfər xilas edilib".

Yəmən Afrika Buynuzu ölkələrindən, xüsusilə Efiopiya və Somalidən olan qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsi hesab olunur.

Afrikalı qeyri-qanuni miqrantların əksəriyyəti Körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına çatmaq ümidi ilə Cibuti vasitəsilə Yəmənə keçir.

Məryəm Quliyeva

Seçilən
8
1
xalqcebhesi.az

2Mənbələr