AZ

"Levski"nin qapıçısı sabahkı oyundan danışdı

style='margin-bottom:10px;'>

"Azarkeşlərimiz ev oyunlarında hər zaman bizə yüksək səviyyədə dəstək verirlər".

QOL.az xəbər verir ki, bu sözləri “Levski”nin qapıçısı Svetoslav Vutsov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Bolqarıstan millisinin qapıçısı sabahkı matçda uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Ümid edirəm ki, komanda yaxşı oyununu davam etdirəcək və azarkeşləri qələbə ilə sevindirəcək. Bu dövrdə ən böyük köməkçim mənə güvənən məşqçilər oldu. Sonra məni dəstəkləyən və kömək edən komanda yoldaşlarım. Çünki futbol kollektiv idman növüdür. Meydanda uğurlu nəticə üçün hər şeyi edəcəyəm”.

Qeyd edək ki, "Levski" - "Sabah" görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək. 

Seçilən
30
teleqraf.com

1Mənbələr