AZ

İran Azərbaycan vətəndaşlarının həbsxanalardakı saxlanma şəraiti ilə bağlı düzgün məlumat vermir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib ki,Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilir.Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə bildirib ki, iddialarının heç bir əsası yoxdur. Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycanda saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına ölkəmizin Xarici İşlər Nazirliyi tərəfindən cavab verilib.

Oqtay Qasımov

“Bu, heç bir əsası olmayan bir iddialardır. Azərbaycan hər zaman İran vətəndaşlarının həbsxanada saxlanma şəraiti, istintaqın aparılması prosesi və digər məsələlərlə bağlı İran səfirliyini məlumatlandırır. Onlara görüş imkanları yaradır və görüşmə prosesində heç bir məhdudiyyət tətbiq edilmir. Amma İran tərəfinin davranışına gəldikdə, biz tamamilə əksini görürük. Belə ki, İran həbsxanalarında uzun müddət saxlanılan və müxtəlif uydurma ittihamlarla cinayət işi açılmış azərbaycanlılar haqqında heç bir məlumat verilmir. Bizim səfirlik və diplomatik korpus onlarla bağlı məlumat ala bilmir. Bu da fərqli bir durum ortaya çıxarır. Yəni birmənalı şəkildə təsdiq etmək olur ki, İran heç bir halda Azərbaycan tərəfinə Azərbaycan vətəndaşlarının saxlanma şəraiti ilə bağlı düzgün məlumatlar vermir”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr