ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu gün səhər Moskvada “qrand-çeburek”lə (ətli qutab) nahar edib.
Bakupost.az "RİA- “Novosti”yə istinadla xəbər verir ki, amerikalı diplomat Kremlə danışıqlara getməzdən əvvəl Moskvanın restoranlarından birində bu yeməyi 550 rubla (11 manat 68 qəpik) sifariş edib.
Xatırladaq ki, avqustun 6-da Stiv Uitkoff bu il ərzində artıq beşinci dəfədir Moskvaya səfər edir.
O, əvvəlcə Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ilə birlikdə “Zaryadye” parkında gəzib, daha sonra isə Kremlə gələrək Vladimir Putinlə görüşüb.
Ayxan,
BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.