AZ

Uesli getdi, Emerson, Saul və Lino gəldi

“Roma” və “Flamenqo” arasında gözlənilən keçid rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu Uesli Frankanı transfer edib.

“Roma” 21 yaşlı braziliyalı müdafiəçinin transferi üçün “Flamenqo”ya 25 milyon avro ödəyib. Müqavilədə əlavə 5 milyon avroluq bonusla bağlı bənd də nəzərdə tutulub.

Qeyd edək ki, transferin rəsmiləşməsi üçün Braziliya klubu əvvəlcə gənc futbolçuya əvəzləyici tapmalı idi. Uesli yeni klubuna Emerson Royal “Flamenqo”nun sıralarına qoşulandan sonra keçib. Emerson 6 ildən sonra vətəninə qayıdıb. Braziliya klubu onu “Milan”dan transfer edib. 26 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Emerson ötən mövsüm “Milan”la A seriyasında 17 oyuna çıxıb. O, Avropada daha əvvəl “Betis”, “Barselona” və “Tottenhem”də də oynayıb.

Braziliya klubu “Atletiko”dan iki futbolçunu da sıralarına cəlb edib. Bir neçə gün əvvəl İspaniya klubundan ayrılan Saul Nyiqes “Fla”ya qoşulub. Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçinin 2008-ci ildən çıxış etdiyi Madrid təmsilçisi ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

İspaniya millisinin sabiq üzvü Rio de Janeyro klubu ilə 3,5 illik müqavilə bağlayıb. “Atletiko”dan “Flamenqo”ya Samuel Lino da yollanıb. 25 yaşlı vinger yeni klubu ilə 4 illik müddətə anlaşıb. 22 milyon avro qazanan madridlilər bonus kimi daha 3 milyon avro irəli düşə bilərlər.

Seçilən
16
1
football-plus.az

2Mənbələr