“Moskvanın atılacaq addımları bizə diktə etdiyi vaxtlar çoxdan keçib”.
Viral.az/” target=”_blank”>Viral.az “Moldova Libera”ya istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mixail Popşoy Yevgeniya Qutsulun həbsi ilə bağlı rəsmi Moskvanın fikirlərinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, ölkəsi daxili işlərə istənilən müdaxiləni qətiyyətlə rədd edir:
Son Yazılar:
- ”Moskvanın bizə diktə etdiyi vaxtlar çoxdan keçib”
- Polşa Gürcüstan və Ermənistan vətəndaşları üçün vizasız rejimi məhdudlaşdıra bilər
- Bu rayonda ehsan verilməsi DAYANDIRILDI
“Ölkəmiz öz vətəndaşlarının maraqları çərçivəsində addımlar atır və Avropa məkanı daxilindəki mövqelərini möhkəmləndirir”, – nazir vurğulayıb.
Qeyd edək ki, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moldovanın Qaqauz muxtariyyətinin başçısı Yevgeniya Qutsula qarşı məhkəmənin hökmü müxaliflərə təzyiq cəhdləri və siyasi motivli qərar nümunəsidir.