AZ

Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib

Xaçmaz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, panel Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bölgələrdə kənd təsərrüfatı və yerli məhsulların təşviqinə həsr olunmuş genişmiqyaslı Aqrar Biznes Festivalı və Şaftalı festivalı çərçivəsində baş tutub.

Müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, eləcə də banklar və bank olmayan kredit təşkilatları iştirak ediblər.

Müzakirə zamanı subsidiya, güzəştli kreditlər, aqrar sığorta mexanizmləri, sertifikasiya məsələləri və məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat verilib.

Seçilən
1
report.az

1Mənbələr