Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Quba rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin İsmayıllı rayonu Sədyan kəndinin inzibati ərazisində həmin kənd sakini Namizəd Əkbərli, Quba rayonu Tülər kəndinin inzibati ərazisində həmin kənd sakini Sərraf Fərhadov, Möhüc kəndinin inzibati ərazisində həmin kənd sakini Fərhad Mirzəliyev olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.