UEFA Konfrans Liqasının III təsnifat mərhələsi üzrə keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşçqisi Elmar Baxşıyev və Qara Qarayev jurnalistlər önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, əvvəlcə Q.Qarayev mətbuat konfransında sabahkı oyunla və rəqiblə bağlı fikirlərini bölüşüb: 

"Yaxşı bir tonusdayıq. Ötən oyundakı qalibiyyət bizə yaxşı əhval ruhiyyə bəxş edib. Son vaxtlarda qarşılaşdığımız komandalar arasında ən ciddi və təhlükəli rəqibə qarşı oynayacağıq. "Omoniya" barədə analizlər götürmüşük. Rəqib dinamik və sürətli oynayan bir komandadır. Ev amilindən istifadə edib, qalib gəlməyə çalışacağıq. Hamını sabahkı oyuna dəvət edirəm. Sabah "12-ci oyunçu" ilə inamlı nəticə əldə edə bilərik".

Qeyd edək ki, sözügedən matç avqustun 7-si saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.