AZ

Rumıniya Xəzər regionundan mayeləşdirilmiş təbii qaz alacaq?

Rumıniya ildə Xəzər regionundan 9 milyard kubmetrədək mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ala bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Boqdan-Gruya İvan Report agentliyinə müsahibəsində bildirib.
 

“2022-ci ildə imzalanmış qarşılıqlı anlaşma memorandumu əsasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın Romgaz şirkəti Xəzər regionundan Rumıniyaya LNG tədarüklərinin təşkili üzrə genişmiqyaslı layihə üzərində əməkdaşlığa başlayıblar.


Layihənin həyata keçirilə biləcəyini qiymətləndirmək üçün tərəflər peşəkar məsləhətçi şirkətləri cəlb edib və onlar texniki, iqtisadi və kommersiya baxımından tam təhlil aparıblar.

İlkin hesablamalara görə, uyğun maliyyələşmə və logistika modeli şərtlərində ildə 9 milyard kubmetrədək LNG tədarükü iqtisadi cəhətdən əsaslandırıla bilər”, — deyə B.İvan bildirib.
 

Nazirin sözlərinə görə, layihə Azərbaycanın yataqlarından Gürcüstanın Qara dəniz sahilinə qədər qaz kəmərinin, Gürcüstanda qaz mayeləşdirmə qurğularının, həm Gürcüstanda, həm də Rumıniyada LNG terminallarının, eləcə də daşınma üçün dəniz logistika infrastrukturunun inşasını nəzərdə tutur.


“Hazırda tərəflər texniki və maliyyə parametrlərinin birgə qiymətləndirilməsi mərhələsindədirlər və növbəti mərhələyə keçmək üçün zəruri tələbləri müəyyənləşdirirlər. Hələlik yekun qərar verilməsə də, tərəflər arasında dialoq aktiv və konstruktiv şəkildə davam edir ki, bu da hər iki ölkənin qaz tədarükünün alternativ marşrutlarının inkişafına və Qara dəniz regionunda enerji bağlılığının möhkəmlənməsinə strateji marağını təsdiqləyir”, — Rumıniya naziri bildirib.

Bizim.Media

Seçilən
67
2
bizim.media

4Mənbələr