AZ

"Levski"nin zədəliləri sağaldı, məşqində A seriyasının futbolçusu peyda oldu - "Sabah"ın diqqətinə!

"Sabah" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Levski"nin qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, Bolqarıstan təmsilçisi "bayquşlar"la matça yetərincə ciddi hazırlaşır. Bu barədə "sportal.bg" məlumat yayıb.

Saytın komandanın məşqlərini yerindən izləyən reportyoru bildirib ki, heyətdəki bütün futbolçular istəkli və məsuliyyətli görünür. Yenicə zədəsini sağaldan futbolçular - müdafiəçi Georgi Kostadinov və yarımmüdafiəçi Kristian Dimitrov məşqlərə qoşulub. Onların "Sabah"a qarşı forma geyib-geyməyəcəyi dəqiqləşməyib. Məşqdə "Fiorentina"nın (İtaliya) müdafiəçisi Dimo Krastev də görülüb. O başqa məsələ ki, "Levski" hələ bu oyunçuyla rəsmi müqavilə imzaladığını açıqlamayıb.

Dünənki məşqi klubun baş direktoru Daniel Borimirov da izləyib. O, hazırlıq prosesindən razı qaldığını dilə gətirib və kollektivəuğurlar arzulayıb.

Xatırladaq ki, "Levski" - "Sabah" matçı sabah Georgi Asparuxov adına stadionda keçiriləcək və saat 22.00-da başlayacaq.

KƏNAN BAHADIR

Seçilən
13
1
football-plus.az

2Mənbələr