ABŞ çempionatında iyulun ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyanın qalibinin kimliyi heç kimi təəccübləndirməyib.
Yüksək liqanın mətbuat xidmətinin məlumatına görə, fərdi mükafata “İnter Mayami”nin hücumçusu Lionel Messi layiq bilinib. Argentinalı futbolçu ötən ay MLS-də meydana çıxdığı 5 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, “İnter Mayami”də 2023-cü ilin yayından oynayan Messi gözlənilən cəzanı alıb. 38 yaşlı futbolçu MLS və Meksika Liqasının Ulduzları matçında iştirakdan imtina etdiyi üçün gözlənilən aqibətlə üzləşib.
ESPN-in məlumatına görə, Lionel və komanda yoldaşı Xordi Alba xüsusi statusu olan oyundan əvvəl komandanın məşqinə qatılmayıb. Onlar boykota əl atdıqları üçün MLS-də bir oyunluq diskvalifikasiya olunublar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta