525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Günvurmaya uşaqlar arasında tez-tez rast gəlinir. Günün müəyyən saatlarında, yəni 11:00-dan 18:00-dək beş yaşa qədər uşaqların açıq havada qalması düzgün deyil: "Bu dövrdə gün şüaları daha iti bucaq altında düşdüyündən təsiri daha tez olur".
Bunu həkim-pediatr Lalə Eyvazova 525.az-a söyləyib. Həkim qeyd edib ki, yay aylarında uşaqlar, eləcə də böyüklər su balansını normada saxlamaq üçün ciddi rejimdə su içməlidir:
"Baş örtüklərindən, papaqlardan istifadə edərək gün şüalarından qorunmaq, eləcə də geyimlərdə daha çox ağ rəngli yüngül, pambıq materiallardan olan geyimlərə üstünlük vermək lazımdır".
Həkim-pediatrın sözlərinə görə, günvurmaya uşaqlar (daha çox beş yaşa qədər olan) arasında tez-tez rast gəlinir. Günün müəyyən saatlarında, yəni 11:00-dan 18:00-dək beş yaşa qədər uşaqların açıq havada qalması düzgün deyil:
"Bu dövrdə gün şüaları daha iti bucaq altında düşdüyündən təsiri daha tez olur. Yay aylarında uşaqlar, eləcə də böyüklər su balansını normada saxlamaq üçün ciddi rejimdə su içməlidir. Baş örtüklərindən, papaqlardan istifadə edərək gün şüalarından qorunmaq, eləcə də geyimlərdə daha çox ağ rəngli yüngül, pambıq materiallardan olan geyimlərə üstünlük vermək lazımdır".
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.