Azarkeşlərimiz ev görüşlərində bizə daim güclü dəstək göstərirlər. 

Offsideplus.az xəbər verir ki, bu fikirləri Bolqarıstan təmsilçisi “Levski”nin qapıçısı Svetoslav Vutsov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la qarşılaşma öncəsi mətbuat konfransında səsləndirib.

Bolqarıstan yığmasının qolkiperi bildirib ki, komandası uğurlu nəticə üçün bütün gücünü ortaya qoyacaq: “Ümid edirəm ki, kollektiv yaxşı çıxışını davam etdirəcək və azarkeşlərimizi sevindirəcək. Meydanda qələbə üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Xatırladaq ki, "Levski" ilə "Sabah" arasındakı ilk oyun avqustun 7-də Sofiyada yerləşən Georgi Asparuxov stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.