AZ

Məsuliyyətli yanaşma, nümunəvi xidmət və yüksək mədəniyyət - Psixoloq müşahidəsi

İnsan amilinə həssas münasibət, yüksək təşkilatçılıq bacarığı və nümunəvi idarəçilik keyfiyyətləri hər zaman təqdirəlayiqdir. Hərbi Sanatoriyada yaradılan müsbət mühitin formalaşmasında sanatoriyanın rəisi, mayor İlham Haqverdiyevin xüsusi rolunu qeyd etməmək mümkün deyil.

İnsanlarla səmimi və peşəkar ünsiyyət qurmaq bacarığı, diqqət və qayğı ilə yanaşma təkcə idarəçilik keyfiyyəti deyil, eyni zamanda, yüksək mənəvi mədəniyyətin göstəricisidir. Cəmiyyətimizdə bu kimi nümunələrin çoxalması son dərəcə vacibdir.

Mayor İlham Haqverdiyevə göstərdiyi məsuliyyətli yanaşmaya və nümunəvi xidməti fəaliyyətinə görə təşəkkür edir, uğurlarının davamlı olmasını arzulayıram.

Aytən Ələkbərova,
psixoloq

Seçilən
17
ikisahil.az

1Mənbələr