İtaliyada tarixi layihəyə yaşıl işıq
İtaliya hökuməti Siciliya bölgəsini materiklə birləşdirəcək nəhəng körpü layihəsini təsdiqləyib. Uzunluğu 3,6 kilometr olacaq bu körpü dünyanın ən uzun asma körpüsü kimi tarixə düşəcək.
Sherg.az xəbər verir ki, layihə onilliklərdir müzakirə olunurdu və Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi sağçı hökumət onu prioritet elan edib. Körpü və ətraf infrastruktura yaxın 10 ildə 13,5 milyard avro ayrılacaq.
Rəsmi açıqlamaya görə, Messina boğazı üzərində inşa ediləcək körpünün podratçısı beynəlxalq tender əsasında seçilən Eurolink konsorsiumudur. Hökumət komitəsinin qərarı ilə arxeoloji və geoloji tədqiqatlar daxil olmaqla ilkin işlərə başlamağa və torpaqların müsadirəsinə icazə verilib. Layihənin İtaliyanın cənub bölgələrinin iqtisadi inkişafına təkan verəcəyi gözlənilir.
Turan