AZ

“Barselona” sentyabrda “Kamp Nou”ya qayıtmağa hazırlaşır


“Barselona”nın futbolçuları bu payızda yenidən əfsanəvi “Kamp Nou”da oynaya biləcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, şəhər şurası arenanın lisenziyalaşdırılmasını təsdiqləyib və stadionda müvəqqəti ot örtüyünün salınması mərhələsi başa çatıb - tam meydançanın quraşdırılmasına başlanılıb. Əgər yenidənqurma işləri qrafikə uyğun başa çatdırılsa, “Barsa” sentyabrın ortalarında yenilənmiş arenaya qayıdacaq. Yekun tarix avqustda elan olunacaq. İlk qarşılaşmaların qismən açıq tribunalarla keçirilməsi planlaşdırılır.
Seçilən
72
1
yeniavaz.com

2Mənbələr