AZ

Ötmə qadağandır, amma qırıq qırıq xətt var: Sürücülər nə etməlidir? VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Qobustan rayonunun Çuxanlı kəndi ərazisində yol nişanı ilə nişanlanma xətləri arasında uyğunsuzluq sürücülərin narazılığına səbəb olub. Redaksiyamıza müraciət edən sürücülərdən biri bildirib ki, ərazidə ötməni qadağan edən yol nişanı mövcuddur, lakin nişanlanma xətləri qırıq-qırıq şəkildə çəkilib ki, bu da ötməyə icazə verildiyi mənasını verir.

Avtosfer.az xəbər verir ki, belə hallarda yol nişanı ilə nişanlanma xətti arasında ziddiyyət olmamalıdır. Hərəkətin təşkilindəki qeyri-dəqiqliklər sürücüləri çaşdıra və qəza riskini artıra bilər. Qaydalar baxımından sürücü bu halda həm yol nişanını, həm də nişanlanma xəttini əsas götürə bilər. Lakin videodan da göründüyü kimi, həmin ərazidə təhlükəli döngələr var. Ötmə zamanı real təhlükə yarana bilər.

Bu səbəbdən ötmənin qadağan olunduğu yerlərdə təkcə yol nişanı ilə kifayətlənmək olmaz. Eyni zamanda bütöv nişanlanma xətləri də çəkilməli, sürücülər üçün aydın və ziddiyyətsiz hərəkət təmin edilməlidir.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr