Rusiya ötən həftə tarixdə qeydə alınmış ən güclü zəlzələlərdən biri ilə sarsıldı.
Episentri Kamçatka Yarımadası olan bu 8.8 bal gücündəki zəlzələnin yaratdığı enerji səbəbindən Çilidən Yaponiyaya qədər bütün Sakit okean sahillərində sunami xəbərdarlıqları edilib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Elmlər Akademiyasından verilən açıqlamada Kamçatka Yarımadasının cənub ucundakı bəzi nöqtələrdə torpaq sahələrinin 2 metrədək şimal-şərqə doğru sürüşdüyünü bildirib.
Rəsmi qurumların verdiyi açıqlamalarda bu zəlzələnin, qeydə alınmış ən güclü 6-cı zəlzələ olduğu və ciddi insan və əmlak itkisinə səbəb olmadığı vurğulanıb.
Lakin təkanların böyük ölçüdə sona çatmasından sonra Rusiya Elmlər Akademiyasından verilən açıqlama cəmiyyətə şok təsiri bağışlayıb. Yaşanan bu hadisəni "Telegram" paylaşımı ilə duyuran Rusiya Elmlər Akademiyası bildirib:
“Jeodinamik müşahidələrin nəticələrinə əsasən apardığımız ilkin hesablamalara görə, hamımız xeyli şimal-şərqə doğru yer dəyişmişik. 30 iyul zəlzələsinin yaratdığı kosismik yer dəyişmələri ən çox yarımadanın cənub hissəsində müşahidə olunub”.