ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Danimarkanın Olborq zooparkı yırtıcılara yem kimi öz ev heyvanlarını vermək istəyən könüllüləri axtarır.
Bakupost.az xəbər verir ki,Kopenhagendəki "Olborq" zooparkının rəsmi sosial şəbəkə səhifəsində hər kəsi təəccübləndirən bir elan dərc olunub:
“Əgər hər hansı səbəbdən artıq saxlaya bilmədiyiniz heyvanınız varsa, onu bizə bağışlaya bilərsiniz”.
Elanlarda qeyd edilib ki, toyuqlar, dəniz donuzları, dovşanlar və hətta 147 sm-dən hündür olmayan kiçik atlar yırtıcılara yem ediləcək.
Zoopark əməkçilərini izləyicilərdən kömək istəməyə məcbur edən səbəb hələ də aydın deyil.
Ancaq onlar vəd edirlər ki, ev heyvanları “hörmətlə" yuxuya veriləndən sonra vəhşi heyvanlara yem ediləcək.
Bu isə guya təbii qida zəncirinin imitasiya olunmasıdır.
Zooparkın bu elanı ictimai müzakirə yaradıb. Çoxları rəhbərliyi tənqid etsə də, direktor müavini Pia Nilsen tələsik izah verərək bildirib ki, bu təşəbbüs artıq neçə illərdir mövcuddur və Danimarkada bir ənənədir.
Xatırladaq ki, 2014-cü ildə Kopenhagen zooparkı böyük qalmaqalın mərkəzinə düşüb.
Belə ki, rəhbərlik Marius adlı sağlam, balacaboy zürafəni öldürübi. Səbəb isə "həmin genləri daşıyan zürafələrin çoxalması" idi.
Zürafənin öldürülməsinə qarşı 27 mindən çox insan çıxsa da, zoopark öz qərarında israr etdi. Onlar Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının qaydalarını əsas gətirərək Mariusun başqa zooparka verilə bilməyəcəyini bildiribər.
Heyvanı tikinti tapançası ilə öldürüb, sonra isə uşaqların gözü qarşısında doğrayıblar.
Bütün proses “uşaqlar üçün maarifləndirici layihə” kimi təqdim olunub.
Ardınca zürafənin cəsədi yem kimi aslanlara, pələnglərə və bəbirə atılıbi.
Ayxan,
BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.