Sfera.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyənin canlı korifeyi Selami Şahin təcili olaraq xəstəxanaya yerləşdirilib. O, yay tətilini keçirdiyi İzmirin Çeşmə rayonunda yıxılıb.
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, 77 yaşlı sənətkar yıxılma nəticəsində sağ qolundan xəsarət alıb. Bundan sonra o, Çeşmə Dövlət Xəstəxanasına çatdırılıb və ilkin tibbi müdaxilə həyata keçirilib.
Həkimlərin verdiyi məlumata görə, rentgen müayinəsi zamanı Şahində sınıq, çıxıq aşkarlanmayıb, yalnız yumşaq toxuma zədələnməsi müşahidə olunub və ifaçıya bir müddət istirahət etməsi tövsiyə olunub.
Selami Şahin bununla əlaqədar açıqlama verib və pərəstişkarlarını narahat olmamağa çağırıb.
"Sadəcə, bir az istirahətə ehtiyacım var. Qısa zamanda özümə gəlib yenidən aranıza dönəcəyəm", - deyə o bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.