AZ

Erməni hərbçilər qəzaya düşdü - ölən və yaralananlar var

Ermənistan ordusunun hərbçisi Marqara-Vanadzor magistral yolunda "Nissan” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qəzada üç hərbçi və üç mülki şəxs xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.

Hadisə çərşənbə günü günorta saatlarında Armavir vilayətinin Crarat kəndi yaxınlığında baş verib.

Faktla bağlı cinayət işi açılıb.

Seçilən
23
4
bakivaxti.az

6Mənbələr