Amortizatorlar avtomobilin təhlükəsiz hərəkəti üçün çox vacibdir. Bu detalların sayəsində təkərlər yerlə yaxşı kontaktda olur, kuzov silkələnmir, komfortlu hərəkət mümkün olur.
Avtosfer.az xəbər verir ki, avropalı istehsalçılar amortizatorun ömrünün 5-7 il olduğunu deyirlər. Lakin bu, konkret rəqəm deyil. Sürüş tərzindən, hərəkət rejimindən və iqlimdən asılı olaraq bu müddət dəyişə bilir. Bu səbəbdən amortizatorların hər 20 min kilometrdən bir yoxlanması tövsiyə edilir. Məsafə kiməsə kiçik görünə bilər. Lakin bu müddətdə avtomobilin hər amortizatoru azı 1 milyon dəfə hərəkət etmiş olur.
Sıradan çıxmış amortizator digər vacib detalların – təkər, yataq, kardan valının da sürətlə aşınmasına səbəb olur. Ən əsası, kəskin tormozlama zamanı maşın traektoriyadan yayınır.
Vüqar Yaşaroğlu