Dünyanın ən böyük fast-food restoranlar şəbəkəsi olan “McDonald’s Corp” 2025-ci ilin ikinci rübündə xalis mənfəətini 11%, gəlirini isə 5% artırıb.
Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, “McDonald’s”ın rüblük gəliri bir il əvvəl 6,49 milyard dollardan 6,84 milyard dollara yüksəlib
Məlumata görə, aprel-iyun aylarında şirkətin xalis mənfəəti ötən ilin eyni dövründəki 2,02 milyard dollarla müqayisədə 2,25 milyard dollar olub. Səhm üzrə mənfəət 2,8 dollardan 3,14 dollara yüksəlib.
“McDonald’s” qlobal müqayisəli satışları da aprel-iyun aylarında 3,8% artıb.
Asim