AZ

Sahim Məmmədov onlayn görüş keçirdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri arasında onlayn görüş keçirilib.

XəzərNews.az Konfederasiyaya istinadən xəbər verir ki, görüşdə əmək münasibətlərinin tənzimlənməsi, işçi hüquqlarının müdafiəsi, sosial dialoqun təşviqi, eləcə də konfederasiyalara üzv təşkilatlarla münasibətlərin qurulması və dəstəyin göstərilməsi sahəsində fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin həmkarlar ittifaqlarının idarəetmə modellərini, üzvlərə göstərilən sosial və hüquqi dəstək mexanizmlərini, eləcə də təşkilatın fəaliyyətində gənclərin və qadınların rolunun artırılması məsələlərini nəzərdən keçiriblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da müzakirələr aparılıb.

Sonda nümayəndələr belə görüşlərin davamlı xarakter almasının, gələcəkdə daha geniş formatda təşkil olunmasının və ortaq layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Xəbər 6 dəfə oxunub.
Seçilən
23
xezernews.az

1Mənbələr