AZ

“Neqativ paylaşımlar psixologiyaya ciddi təsir edir” Psixoloq ŞƏRHİ

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Bəzən sosial şəbəkələrdə insanların tez-tez neqativ paylaşımlar etdiklərini və bu cür məzmunu yaymağa meyilli olduqlarını müşahidə edirik.

Bu, bəzən kədərli musiqilərdə və mənfi emosiyalar yaradan məlumatlarda özünü göstərir.

Görünür ki, neqativ məzmun daha çox diqqət çəkir və daha sürətlə yayılır.

Bu isə həm fərdi psixologiyaya, həm də ümumi informasiya mühitinə təsir göstərir.

Bəs bunun kökü nədir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova bildirib ki, neqativ məlumatların və kədərli məzmunun geniş yayılmasının psixoloji səbəblərinin kökü insanın daxili emosional ehtiyacları və cəmiyyətin kollektiv psixoloji vəziyyəti ilə bağlıdır:

“Təəssüf ki,bu cür insanlar həddindən artıq çoxdur. Adam var ki, hər an sanki bəhanə axtarır neqativ olmağa və ətrafa bu ötürməyə. İnsan beyni təhlükə və neqativ informasiyaya daha həssasdır. Tarix boyu bu, insanın sağ qalması üçün bir müdafiə mexanizmi olub. Məhz bu səbəbdən neqativ xəbərlər daha tez diqqətimizi çəkir və yaddaşda qalır. Sosial şəbəkələrdə isə bu xüsusiyyət daha da güclənir, çünki insanlar mənfi emosiyalarını paylaşmaqla daxili boşalma yaşayırlar və eyni hissləri yaşayan başqaları ilə emosional bağ qururlar.

Digər tərəfdən, bəzən kədərli musiqilər və neqativ paylaşımlar vasitəsilə insanlar öz hisslərini ifadə etməyə, anlaşılmağa və qəbul olunmağa çalışırlar. Bu, həm fərdi psixoloji gərginliyin azalmasına, həm də diqqət və empatiya ehtiyacının qarşılanmasına xidmət edə bilər”.

Psixoloq onu da əlavə edib ki, bu tendensiya uzun müddət davam etdikdə insanlarda ümumi emosional fonu daha da ağırlaşdırır:

“Həmçinin mənfi düşüncə tərzini gücləndirir və sosial mühitdə ümidsizlik aşılayır. Ona görə də həm fərdlər, həm də cəmiyyət olaraq emosional balansı qorumaq üçün daha çox pozitiv və həll yönümlü məzmunun təşviqinə ehtiyac var”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
icma.az

1Mənbələr