Bakı, 6 avqust, AZƏRTAC
Artıq bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Bu prosesin ən vacib mərhələlərindən biri isə ixtisas seçimidir. Hər il abituriyentlər bu mərhələdə müəyyən tərəddüdlərlə qarşılaşırlar: səhv seçim etmək qorxusu, uyğun ixtisası müəyyənləşdirmək çətinliyi və s. Bəs düzgün ixtisas seçimi üçün nələrə diqqət yetirilməlidir?
Dövlət İmtahan Mərkəzi (DİM) hər il ixtisas seçimi dövründə müəyyən ödəniş qarşılığında abituriyentlərə seçimdə yardım təklif edən, lakin bəzi hallarda yanlış istiqamətləndirməyə səbəb olan şəxslərə qarşı diqqətli olmağı tövsiyə edir. DİM-in şöbə müdiri Xanlar Xanlarzadə bildirib ki, abituriyentlər bu prosesi özləri həyata keçirməlidirlər.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.