AZ

Bu nəm salfetlər marketlərdən yığışdırılır: İnfeksiya riski yaradır

Böyük Britaniyada üç fərqli markaya aid nəm salfetlər geri çağırılıb. Rəflərdən yığışdırılan məhsullar ciddi sağlamlıq riski daşıyır.

Publika.az xəbər verir ki, bununla bağlı Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) xəbərdarlıq edib.

Bildirilib ki, sözügedən salfetlər sağlamlıq üçün ciddi risklər yaradan “Burkholderia stabilis” bakteriyası ilə çirklənib.

Bu bakteriya xüsusilə immun sistemi zəif olan şəxslər üçün infeksiya riski yaradır. Agentlik qeyd edir ki, açıq yaralar və cızıqlar üçün yalnız steril salfetlər istifadə olunmalıdır.

Seçilən
21
publika.az

1Mənbələr