AZ

İşıqforda dayanan sürücü tum çırtlayıb qabıqlarını yola tökdü 77 MR 207 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Xırdalan şəhərində qayda pozan sürücü videoya çəkilib.

Avtosfer.az-ın məlumatına görə, görüntü  “TikTok” sosial şəbəkəsində paylaşılıb. Kadrdan da göründüyü kimi, 77-MR-207 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü yolu zibilləyib. Belə ki, işıqforun qırmızı işığında dayanan sürücü tum çırtlayaraq qabıqlarını asfalta töküb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən yollara və yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
avtosfer.az

1Mənbələr