ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Vətəndaşlar işdən çıxdığı təqdirdə bir sıra problemlərlə üzləşir.
Onlardan biri də odur ki, bəzi vətəndaşlar uzun müddət çalışdığı sahədə məzuniyyətdən istifadə edə bilmirlər.
Bəs işdən çıxan vətəndaş istifadə etmədiyi məzuniyyətə görə pul ala bilərmi?
Məsələ ilə bağlı hüquqşünas Nurtac Xəlilova bildirib ki, Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən asılı olmayraq, işçiyə işdən çıxdığı günədək istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul ödənilməlidir. Bu ödəniş məzuniyyət zamanı verilən orta əməkhaqqına əsasən hesablanır.
Nigar
“Cebheinfo.az”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.