Kriptovalyuta bazarının dinamikası təkcə qiymət dəyişmələri ilə deyil, həm də bazar kapitallarının hansı istiqamətə yönəldiyi ilə formalaşır. Bitcoin (BTC) ənənəvi olaraq bazarın əsas lokomotivi hesab olunsa da, müəyyən dövrlərdə altkoinlər (alternativ kriptovalyutalar) daha yüksək gəlirlilik nümayiş etdirir və bu, bazar iştirakçılarının risk iştahının artdığını göstərir. Məhz bu nöqtədə CoinMarketCap tərəfindən hazırlanmış “Altseason Index” aləti bazarın strukturunu daha dərindən anlamaq və kapital axınlarının paylanmasını qiymətləndirmək üçün mühüm analitik vasitə kimi çıxış edir. İnvestorlar üçün bu indeks yalnız statistik məlumat deyil, həm də risklərin idarə olunması və bazar dövrlərini vaxtında təhlil etmək üçün mühüm alətdir. Bu araşdırmada bu indeks haqqında qısa və maksimum faydalı məlumat verəcəm.
Altseason Index – CoinMarketCap.com (CMC) platforması tərəfindən hazırlanmış xüsusi bir göstəricidir və kriptovalyuta bazarında altkoinlərin performansını ölçmək üçün istifadə olunur. Altseason (altsezon və ya altkoinlər mövsümü) dedikdə, altkoinlərin qiymət artımının BTC-dən daha güclü olduğu dövr nəzərdə tutulur. Altseason Index bu vəziyyəti faiz göstəricisi ilə göstərir (0-dan 100-ə qədər). İndeksin işləmə prinsipi:
100 ən iri altkoin seçilir və bu altkoinlərin son 90 gündəki performansı Bitcoin ilə müqayisə olunur; Əgər altkoinlərin 75%-dən çoxu BTC-dən daha yaxşı gəlir gətiribsə, indeks ≥75 olur və bu, altsezonun başladığını göstərir; Əgər göstərici <25-dirsə, bu, bazarda bitcoin mövsümü olduğunu göstərir.Nümunə: Altseason Index
İdenksin ballar üzrə izahı:
0–25:“Bitcoin mövsümü” – bazar kapitalları əsasən BTC-də cəmlənir; 25–75:Keçid mərhələsi – altkoin və BTC arasında balanslı performans; 75–100:“Altsezon” – kapital altkoin bazarına axır, risk iştahı artır.İndeksin praktiki əhəmiyyəti və investor strategiyasında rolu:
Bazar dinamikasının təhlili:Altseason Index investorların risk yönümlülüyünü və bazar kapitallarının BTC-dən altkoinlərə keçid meylini ölçmək üçün obyektiv göstəricidir. Bu, xüsusilə bazar dövrlərinin mərhələlərini müəyyənləşdirməkdə əhəmiyyətlidir. Portfel menecmenti:BTC və altkoinlər arasında kapitalın optimal bölüşdürülməsi, risklərin diversifikasiyası və yüksək gəlir potensialı olan dövrlərdə mövqelərin artırılması üzrə qərarverməni dəstəkləyir. Kripto bazar tədqiqatları:Bazar dominantlığı, spekulyativ dalğalanmalar və kapital axınlarının təhlili üzrə elmi və analitik araşdırmalar üçün baza məlumatı təmin edir.CoinMarketCap Altseason İndex, kripto bazarında qərarvermə prosesinə əlavə dəqiqlik gətirərək, investorların davranış modellərini və kapital axınlarını daha aydın görməsinə imkan yaradır. Bu göstəricinin analizi ilə bazar tendensiyalarının erkən mərhələdə müəyyənləşdirilməsi, portfelin daha rasional şəkildə diversifikasiyası və risklərin minimallaşdırılması mümkün olur. Nəticə etibarilə, Altseason Index sadəcə statistik bir ölçü deyil, həm də kriptovalyuta ekosistemində dinamiklərin başa düşülməsi və gəlir imkanlarının düzgün vaxtda dəyərləndirilməsi üçün strateji kompas funksiyasını daşıyır. Odur ki, qərar verməzdən əvvəl bu indeksi də nəzərə alsaniz faydalı olar. Uğurlar!
Müəllif: Elnur Quliyev
25-dirsə,>