Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev "Yeni Sabah"a müsahibəsi:
- Azərbaycanın ilk milli kritovalyutası olan Portcoin-i (PTC) Mərkəzi Bank niyə ləğv edib? Ümumiyyətlə, hər hansı bir sıravi vətəndaş kriptovalyuta yarada bilərmi? Bunun üçün tələblər nədir?
- Kriptovalyuta yaratmaq çox da çətin proses deyil. Bunun üçün xüsusi platformalar mövcuddur. Məsələn, “Ethereum” platforması. Eyni zamanda, bu proses çox da böyük xərc tələb etmir. Marqarita pizza
Azərbaycanda qanunverciliyə uyğun kriptovalyuta yaratmaq istəyirsinizsə, mütləq şəkildə Mərkəzi Bankın “Sandbox” (Xüsusi Tənzimləmə Rejimi) rejimində olmalıdır. Hazırda aktiv şəkildə həmin rejimdə fəaliyyət göstərən şirkətlər, layihələr var. Bunlardan biri də "Portcoin" layihəsi idi və ləğv olundu. Hazırda bu barədə rəsmi açıqlama gözəyirik ki, bu addım niyə atıldı.
Portcoin kriptovalyuta sahəsində ilk Azərbaycan layihəsi idi və kifayət qədər ciddi idi. Xeyli investisiya qoyanlar vardı. Portcoin limitli idi və kifayət qədər tələbat da var idi.
- Hər bir kriptovalyuta yaradılarkən, onun texniki sənədi olmalıdır. Yəni bu kriptovalyuta nə üçün yaradılır? Hədəfləri nədir və hansı məsələləri həll edir?
- İstənilən kriptovalyutanın “white paper”i, yəni ağ səhifəsi var. Orada bütün texniki şərtləri, sayı əks olunur. Azərbaycanda hələ ki kriptovalyuta ilə bağlı tənzimləyici qanunlar yoxdur. Mərkəzi Bank müvəqqəti olaraq, müəyyən bir pəncərə açıb və nə yerli qaydaların pozulmaması, nə də şirkətlərin maraqlarına ciddi ziyan dəyməməsi üçün ortaq qanunvericilik layihəsi hazırlanır.
Düşünürəm ki, bu ilin dekabrına qədər konkret qaydaları özünə ehtiva edən qanun təsdiq edəcəklər. İkinci məsələ isə odur ki, kriptovalyutanı yaratmaqla iş bitmir, investorları olmalıdır. İnvestor niyə bunu almalıdır? Kriptovalyutaya dəyər qatan odur ki, tələb və təklif əsasında onun dəyəri qalxmalıdır.
Kriptovalyutanı yaratdıqdan sonra onu ticarət platformalarına salmaq lazımdır. Onların da müəyyən tələbləri var. Çox zaman yeni yaradılan kriptovalyutalar daha çox insana çatması üçün onu internetdə yayılır.
Qısası, kriptovalyutanın yaradılması problem deyil, sonrakı prosesdə onun marketinqinə pul xərcləmək lazımdır ki, daha da populyarlaşsın. Birjalara salmaq lazımdır ki, həmin birjalarda qiyməti dəyər qazansın.
- Hər hansı bir kriptovalyutanın bazar dəyəri və digər valyutalar qarşısında məzənnəsi necə tənzimlənir?
- Birinci növbədə tələb-təklif önəmlidir. Məsələn, Bitcoinin qiyməti niyə qalxır? Çünki korporativ sektor, iri investisiya fondları gəlib Bitcoin alır. Misal üçün, Avstraliyanın pensiya fondu uzunmüddətli, 5-10 illik Bitcoin alıb. Bir çox şirkətlər Bitcoin alır və Bitcoinin qiyməti qalxdıqca, şirkətlərin səhmlərinin də qiyməti qalxır. İnsanlar belə şirkətlərin səhmlərini alaraq, Bitcoin almadan qazana bilirlər.
Hazırda nəhəng investisiya fondları ETF yaradır və Bitcoin alır. Təsəvvür edin, onlar bu bazara giribsə, qoyarlar Bitcoinin qiyməti düşsün?! Heç vaxt. Onlara maraqlıdır ki, kriptovalyutanın qiyməti qalxsın. Onlar nəinki Bitcoinin qiymətinin qalxmasında, hətta düşməsində də qazanırlar. Bu bazar qaydalarıdır. Kriptovalyutanın qiymətinin dəyişməsində PR çox önəmli rol oynayır.
Fikir verin, hansısa kriptovalyutanın qiyməti qalxanda hamı yenidən almağa başlayır. Yəni tələb-təklif amilidir. Məsələn, xaricdə Bitcoindən ödəniş vasitəsi kimi istifadə edirlər. “Tesla” şirkətinin 1 milyard dollara yaxın qiyməti olan Bitcoini var. Yəni kriptovalyuta istifadə olunursa, bu ona əlavə dəyər qatır. Sabah eşitsək ki, “Aliexpress”, “Trendyol”, “Ebay” və bu kimi platformalar Bitcoinlə ödəniş qəbul edir, görün onda Bitcoinin dəyəri necə olacaq.
- Kriptovalyutanı ənənəvi valyutalara mübadilə etmək mümkündürmü? Hazırda ölkəmizdə “coin”lərin manata dəyişdirilməsi reallaşdırılır?
- Azərbaycanda fəaliyyət göstərən banklar birbaşa bu əməliyyatı konvertasiya edə bilmir. Kriptovalyutanı nağd vəsaitə çevirmək üçün 3 əsas yol var. Birincisi, kriptovalyuta birjaları. Məsələn, siz “Binance” hesabınızdakı pulu nağdlaşdırmaq üçün birjadan PTP əməliyyatı ilə pulu köçürə bilərsiniz. Tutaq ki, sizin də “Binance” hesabınız var, mənim də.
Deyək ki, mən 100 dollarlıq Bitcoin satmaq istəyirəm. Mən elan qoyuram ki, 100 dollarlıq Bitcoini 170 manata satıram. Həmin platformada Azərbaycandan həmin məbləği verənlər varsa, onlar ödənişi edib alırlar. “Binance” platforması burada vasitəçi olur. İkinci üsul isə mübadilə servisləridir.
Siz birinci funksiyanı edə bilmirsinizsə, kriptovalyutanı “Binance” vasitəsi ilə mübadilə servislərinə göndərirsiniz. Mübadilə servisləri özləri kriptovalyutanın qarşılığında qiymət təklif edir. Mübadilə servislərinin tək fərqi odur ki, orada faiz dərəcələri yuxarıdır. Yəni sizdən 10 faiz üzərində komissiya tutacaqlar. Öz kriptovalyutanızı mübadilə servisinə qoyursunuz və oradan manata yaxud dollara dəyişirsiniz. Öz plastik kartınızın nömrəsini qoyursunuz və avtomatik konvertasiya olunaraq, həmin vəsait sizin hesabınıza oturur.
Üçüncü vasitə isə kripto bankomatlardır. Düzdü bu bankomatlar Azərbaycanda yoxdur, amma Ukrayna və Gürcüstan kimi ölkələrdə var. Siz gedib kripto bankomata yaxınlaşırsınız və QR kod vasitəsi ilə almaq, yaxud satmaq istədiyinizi göstərirsiniz. Adətən, bankomatların 70 faizində ancaq almaq, 30 faizində isə həm alıb, həm də satmaq olur. Həmin bankomatlar vasitəsi ilə şəxsi kriptovalyutanızı nağd vəsaitə çevirə bilərsiniz. Kripto bankomatlarda, mübadilə servislərində birjalardan fərqli olaraq, nağdlaşdırma zamanı komissiyalar yüksək olur.
Nazim Hacıyev
Telegram kanalımız