“Moskvanın atılacaq addımları bizə diktə etdiyi vaxtlar çoxdan keçib”.
APA “Moldova Libera”ya istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mixail Popşoy deyib.
O söyləyib ki, ölkəsi daxili işlərə istənilən müdaxiləni qətiyyətlə rədd edir:
“Ölkəmiz öz vətəndaşlarının maraqları çərçivəsində addımlar atır və Avropa məkanı daxilindəki mövqelərini möhkəmləndirir”, - moldovalı nazir fikirlərini tamamlayıb.