ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Pandemiya dövründə universitet imtahanına girən və təhsil həyatına yenidən başlayan 5 uşaq anası, 50 yaşlı Meltem Karaaslan, Bursa Uludağ Universitetində Sanat Tarixi fakültəsini birinciliklə bitirib. 3.91 ortalama ilə fakültədə 13 bölmə arasında 4-cü yeri tutub.
Sherg.az xəbər verir ki, Meltem Karaaslan universitetə yalnız bir seçim edərək daxil olub və gənc tələbələrlə sıx münasibət quraraq müəllimlərin də rəğbətini qazanıb. Ailəsinin, xüsusilə həyat yoldaşı və qızlarının dəstəyi ilə təhsilini uğurla tamamlayan Karaaslan indi magistratura təhsili ilə akademik karyerasına davam etməyi planlaşdırır.
O bildirib:
"Pandemiya zamanı böyük qızım mənə “bir imtahana gir, özünü yoxla” dedi. Təsadüfi girdim, hazırlaşmamışdım. Tək seçim etdim və daxil oldum. Sonra dərslərdən və gənclərlə birgə oxumaqdan zövq aldım. Özümü sübut etdim və indi akademik həyatımı davam etdirmək istəyirəm."
Turan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.