AZ

Lopezin Ermənistan konsertinə 7 milyon dollar xərclənib

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanında konsert verən müğənni Cennifer Lopesin konsertinə dövlətin ayırdığı 7 milyon dollar dövlət büdcəsinə artaraq geri qayıdıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İrəvanın vitse-meri Armen Pambuxçyan bildirib.

O, bildirib ki, konsertdə ulduzun digər ölkələrdən gələn 15 minə yaxın pərəstişkarı iştirak edib.

"Bir turistin orta xərclərini götürsək - biletin, yaşayışın, yeməklərin və əyləncənin qiymətini nəzərə alsaq - hər bir qonaq ölkə iqtisadiyyatına ən azı 500 dollar sərmayə qoyacaq. Buda xərclənən puldan dəfələrlə çox gəlir deməkdir. Ölkəmizin dünya ictimaiyyəti üçün imici və tanınmasını demirəm, bu qiymətsizdir", - Pambuxçyan yazıb.

Qeyd edək ki, Lopezin konserti avqustun 3-də İrəvandakı Respublika Stadionunda baş tutub. Müğənni Ermənistana "UP ALL NIGHT" turnesi çərçivəsində gəlib.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
1
azxeber.com

2Mənbələr